"İnter"in futbolçusu Romelu Lukaku klubdan ayrılmaq niyyətində deyil.
 
Matc.az xəbər verir ki, belçikalı hücumçu ilə "Mançester Siti" yaxından maraqlanır.
 
Bu barədə "La Gazetta dello Sport" nəşri məlumat yayıb. Xəbərdə, "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiolanın Lukakunu yayda komandasına cəlb etmək istədiyi bildirilib.
 
Lukaku "İnter"də Antonio Kontenin rəhbərliyi ilə yeni bir səviyyəyə çatdığını düşünür və komandanı tərk etmək istəmir.
 
Lukaku bu mövsüm A Seriyasında 25 oyunda 18 qol vurub və 8 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest