Futbol üzrə Azərbaycan millisinin və "Keşlə"nin müdafiəçisi İlkin Qırtımovda koronavirus aşkarlanıb.

Futbol üzrə Azərbaycan millisinin və "Keşlə"nin müdafiəçisi İlkin Qırtımovda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun baş məşqçisi Sənan Qurbanov məlumat verib.
 
O, Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində qarşılaşdıqları "Sumqayıt"la səfər oyunundan sonra təşkil olunmuş mətbuat konfransında bildirib ki, Qırtımovun koronavirus testi bu gün pozitiv çıxıb. Bu üzdən də sağ cinah müdafiəçisi dərhal təcrid olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest