Futbol üzrə Malta və Rusiya yığmaları arasındakı Dç-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilməli olan oyun təxirə salınmayacaq.
 
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
 
Matçın planlaşdırılan vaxtda baş tutacağı təsdiqlənib. Bildirilib ki, Maltada koronavirus pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlər bu oyunun keçirilməsinə mane olmayacaq.
 
Qeyd edək ki, Malta - Rusiya matçı martın 24-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest