"Qəbələ"nin keçmiş məşqçisi Yuri Baturenkonun yeni iş yeri müəyyənləşib.
 
Matc.az xəbər verir ki, o, bundan sonra Rusiyanın "Rotor" klubunu çalışdıracaq.
 
Bu barədə Volqoqrad təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
56 yaşlı mütəxəssis yeni vəzifədə Aleksandr Xatskeviçi əvəzləyib. Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb.
 
Qeyd edək ki, Yuri Baturenko Yuri Syominin köməkçisi kimi Rusiyanın "Lokomotiv", "Mordoviya" və "Anji" komandalarında çalışıb. Onlar 2013/14 mövsümündə "Qəbələ"də çalışarkən Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı və ölkə kubokunun finalçısı olublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest