Futbol üzrə İtaliya milli komandası iki ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, "Roma"nın yarımmüdafiəçisi Brayan Kristante və "çelsi"nin futbolçusu Jorjinyo zədələnib.
 
Bu barədə yığmanın baş məşqçisi Roberto Mançini milli komandanın mətbuat xidmətinə açıqlamasında deyib. O, hər iki yarımmüdafiəçinin zədə səbəbindən yığmanın düşərgəsini tərk edə biləcəyini bildirib.
 
İtaliya millisi Dç-2022-nin seçmə mərhələsi çərçivəsində martın 25-də Şimali İrlandiya (ev), 28-də Bolqarıstan (səfər), 31-də isə Litva ilə (səfər) qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest