Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İsgəndər Cavad oğlu Cavadov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycan futbolunun əfsanəvi isimlərindən olan İsgəndər Cavadovun sentyabrın 20-də 70 yaşı tamam olur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest