"Qrupumuzda əbədi favoritlərdən, uzun illərdi top-komanda sayılan yığma yer almayıb. Əvəzində püşk bizimlə ağır "zarafat" edib". Matç.az xəbər verir ki, bunu Slovakiya millisinin baş məşqçisi Pavel Hapal deyib.
Yeni ildə ilk müsahibəsini verən mütəxəssis 2018-ci ili dəyərləndirib. 2019-cu il barədə arzularını və fikirlərini bölüşən Hapal Azərbaycan millisinin də yer aldığı AVRO-2020-nin seçmə qrupu barədə də danışıb: "Xorvatiyaya qrupun ən yaxşısı gözü ilə baxmalıyıq. Onların bir müddət öncə dünya çempionatında göstərdiyi oyun və nəticə belə düşünməyə əsas verir. Macarıstan və Uelslə duellərdə bizi açıq döyüş gözləyir. Hesab edirəm ki, bu sınaqdan üzüağ çıxmaq üçün ustalığımız çatacaq".
Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya, Uels, Slovakiya, Macarıstan və Azərbaycan eyni qrupda mübarizə aparacaq. İlk iki yerin sahibi final mərhələsinə yüksələcək.