Futbol üzrə Almaniya Bundesliqasında 28-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.
 
Lider “Bavariya” bu turda Berlin “Union”unu sınağa çəkib. Münhen təmsilçisi doğma meydanda xal itkisi ilə üzləşib.
 
Turnir cədvəlinin 3-cü sırasında yer alan “Volfsburq” ən yaxın izləyicisi “Ayntraxt”la qarşılaşıb. Yeddi qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
 
Dortmund “Borussiya”sı “Ştutqart”ın qonağı olub və çətin qələbəyə sevinib. “Leypsiq” isə səfərdə “Verder”i böyük hesabla məğlub edib.
 
Almaniya Bundesliqası
28-ci tur
9 aprel
 
Arminiya – Frayburq 1:0
Qol: Santamariya, 68-öz qapısına.
 
10 aprel
 
Bavariya – Union 1:1
Qol: Musiala, 68 – İnqvartsen, 86.
 
Ayntraxt – Volfsburq 4:3
Qol: Kamada, 8. Yoviç, 27. A.Silva, 54. Durm, 61 – Baku, 6. Veqorst, 46. Tuta, 85.
 
Herta – Borussiya (Mönhenqladbax) 2:2
Qol: Askakibar, 23. Kordoba, 49 – Plea, 27. Ştindl, 38.
 
Verder – Leypsiq 1:4
Qol: Raşiça, 61 – Olmo, 23. Sorlot, 32; 41. Sabitzer, 63.
 
Ştutqart – Borussiya (Dortmund) 2:3
Qol: Kaladziç, 17. Didavi, 78 – Bellingem, 47. Roys, 52. Knauff, 80.
 
11 aprel
 
17:30 Şalke – Auqsburq
20:00 Köln – Maynts
 
12 aprel
 
22:30 Hoffenhaym – Bayer

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest