 
 
	Futbol üzrə Azərbaycan I Divizionunda XXI tura start verilib.
	Matc.az ilk oyun günündə dörd qarşılaşma baş tutub.
	"Turan Tovuz" doğma meydanda "Sumqayıt"ın əvəzedicilərinə böyük hesabla qalib gəlibsə, "Neftçi"nin ikinci komandası da "Keşlə"ni darmadağın edib.
	"Kəpəz" "Qaradağ Lökbatan"la səfər oyunundan məğlub ayrılıb. Səfərdə "Sabah"ın ikinci komandası ilə qarşılaşan "Qarabağ"ın əvəzediciləri də turu məğlubiyyətlə başa vurub.
	I Divizion
	XXI tur
	12 aprel
	Turan Tovuz - Sumqayıt-2 3:0
	Qol: Vüsal Məsimov, 48. Elşad Tağıyev, 60. Elmir Tağıyev, 90+4.
	Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov
	Hakim-inspektor: Rövşən Əhmədov
	AFFA nümayəndəsi: Maşallah Əhmədov
	Tovuz şəhər stadionu, 15:00
	Qaradağ Lökbatan – Kəpəz 2:1
	Qol: Cavid Nəcizadə, 11. Sabir Allahquliyev, 87 – Samir Qurbanov, 84.
	Hakimlər: Rövşən Rəcəbov, Cavanşir Yusifov, Tərlan Talıbzadə, Rəşad Əhmədov
	Hakim-inspektor: Asim Xudiyev
	AFFA nümayəndəsi: Rüfət Əmirov
	Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:30
	Sabah-2 – Qarabağ-2 2:0
	Qol: Camal Cəfərov, 45+1. Fərid Kərimzadə, 77-pen.
	Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Teymur Teymurov, Səbuhi Bayramov
	Hakim-inspektor: Anar Salmanov
	AFFA nümayəndəsi: İlham Əliyev
	"Bank Respublika Arena" (ehtiyat meydança), 15:30
	Neftçi-2 – Keşlə-2 4:0
	Qol: Famil Camalov, 7. Emin Zamanov, 19. Vüsal Əsgərov, 53. İsmayıl Zülfüqarlı, 74.
	Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Kamal Umudlu
	Hakim-inspektor: Babək Quliyev
	AFFA nümayəndəsi: Kərim Ağayev
	"Neftçi" Futbol Mərkəzi (4-cü meydança), 16:00
	13 aprel
	Zaqatala – MOİK
	Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev
	Hakim-inspektor: Zöhrab Qədiyev
	AFFA nümayəndəsi: Asif Əliyev
	Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:30
				
         	
                                             
               
 
             
 















