"Topla davranmaq bacarığıma görə görə futzala borcluyam. Futzal oynmamaq başqa zövqdü. Ayağının istənilən yeri ilə topa toxuna bilirsən. Üstəlik sahə dardı, daha tez qərar verməlisən"

"Qarabağ"ın futbolçusu Abdullah Zubirin  müsahibəsi...
 
- Son matçda "Sumqayıt"a böyük hesabla qalib gəldiz...
- Qeyri adi bir şey deməyəcəm. Həqiqətən, çox çətin oyun oldu. Xüsusilə də birinci hissədə əziyyət çəkdik. "Sumqayıt" çox yaxşı oynadı. Amma hesab açıldıqdan sonra rəqib boşluqlar verməyə başladı və belə fərqli hesab qeydə alındı. Amma ümumən asan deyildi.

- Uzun müddət idi fərqlənmirdin. "Sumqayıt"a 2 qol vurdun, digərlərində iştirak etdin...
- Bəli, uzun müddətdi fərqlənmirdim. Amma hər matçda bunun üçün əlmidən gələni edirəm. "Sumqayıt"la oyunda istədiyim alındı. Ancaq istənilən halda bizim üçün vacib olan komandanın qələbəsidi. Kimin qol vurması önəmli deyil. Həm fərqli hesbala qələbə qazandıq, həm iki qol vurdum, digərlərinin vuruılmasında iştirak etdim. Bütün bunlara görə çox sevinirəm. ümid edirəm ki, qarşıdakı oyunlarda da fərqlənə biləcəm, komandama köməyim dəyəcək.
 
- çempionluq yarışında "Neftçi"nin 3 xal önünə keçdiz. Qarşıda isə 6 tur qalır. Bu fərq çempionluq üçün yetərli olacaqmı?
- 3 xal böyük üstünlük demək deyil. Qarşıda hələ 6 oyun var. çempionatda bütün matçlar çətin keçir, qələbələri çətinliklə əldə edirik. Mövsümün sonun qədər çox şey baş verə bilər. İstənilən halda öz oyunlarımıza fokuslanmışıq və hər dəfə meydana yalnız qələbə üçün çıxırıq. Bütün sualların cavabını yekunda biləcəyik. İndi elə böyük üstünlüyümüz yoxdu.
 
- "Neftçi"dən fərqli olaraq kubokda mübarizəni davam etdirirsiz və oyunlarınız daha çox olacaq. Bu, çətinlik yaradacaqmı, yoxsa "Qarabağ" artıq belə qrafikə öyrəşib?
- Burda elə bir problem görmürəm. Onsuz da mövsümün əvvəlində qarşımıza hədəf kimi çempion olmağı və kuboku qazanmağı qoymuşduq. Kimin mübarizədən kənarlaşmasının bizə heç bir aidiyaatı yoxdu. öz hədəfimizə doğru gedirik. Bunun hər hansı problem yaradacağına inanmıram. Hətta kubokda iştirak bizim üçün müsbət haldı. Ki, hər iki cəbhədə mübarizəni davam etdirə bilirik.

- Klubla 3 illik müqavilə imzaladın. Burda kifayət qədər uğur əldə etmisən, qarşıdakı 3 il üçün hansı hədəflərin var? Səni burda saxlayan nədi?
- İstəyim "Qarabağ"da qalmaq idi. çünki burda çox xoşbəxtəm. Nənki mən, ailəm də çox xoşbəxtdi. özümüzü burda evdəki kimi hiss edirik. Hər şey bizi qane edir. Eyni zamanda şəhər olaraq Bakı, ölkə olaraq Azərbaycan çox xoşumuza gəlir. Xoşbəxt olduğumuza görə qaldıq. Səbəb bu oldu.
 
- Müşahidəmə görə, indi əvvəlki vaxtlarla müqayisədə qapıya daha çox zərbə endirirsən. Bu, baş məşqçinin tapşırığıdı, yoxsa epizodlara uyğun spontan qərarlar nəticəsində belə alınır?
- (gülür) Əslində, məşqlərdə bunun üzərində çox işləyirik, çoxlu zərbələr endiririk. Baş məşqçi də bununla bağlı öz məsləhətlərini verib. Bundan əlavə, öz oyunlarımı izləyirəm, analiz edirəm. Görürəm ki, bəzən bir çox qol epizodu yaranır, zərbə vursam daha effektiv, məqsədəuyğun olar, ancaq ötürmə etmək qərarına gəlirəm. öz oyunumun analizinə əsasən, indi qapıya daha çox zərbə vururam.
 
- Bir neçə gün əvvəl Sabir Buqrindən çox driblinq etməsi barədə soruşanda bunun Mərakeş stili olduğunu söylədi və səni də nümunə kimi qeyd etdi. Səndə də genetikdi?
- Hardasa mən də razılaşıram bununla. Belə futbolu Mərakeş tərzi də adlandıra bilərik. çünki mərakeşli futbolçular driblinq etməyə meylli olurlar.
 
- Futboldan öncə futzalla məşğul olmusan. Dar ərazidə topla belə yüksək səviyyəli rəftarında vaxtilə futzal oynamağının rolu varmı?
- Elə bura gələcəkdim. 19 yaşıma qədər futzalla məşğul olmuşam. Driblinq etməyi, topla belə davranmağı ora öyrənmişəm. Bütün bu keyfiyyətlər mənə futzaldan keçib. Topla davranmaq bacarığıma görə görə futzala borcluyam. Futzal oynmamaq başqa zövqdü. Ayağının istənilən yeri ilə topa toxuna bilirsən. üstəlik sahə dardı, daha tez qərar verməlisən. Ordan birbaşa futbola keçəndə vəziyyətdən çıxış yolu tapmaq daha asan gəlir. Texnikalı olmağımın əsas səbəbi də budu. Vissam Ben Yedderdə eyni şeyləri görə bilərsiz. Onunla bir yerdə Fransa futzal millisində oynamışam. İndiki oyununa fikir versəz, bir çox futzala xas hərəkətləri görə bilərsiz. Mənə də bu texnika əsasən futzaldan keçib (futbolpress).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest