Mönhenqladbax "Borussiya"sı baş məşqçisi Oygen Polanskini vəzifəsindən azad edib.

Matc.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, komandanı baş məşqçinin köməkçisi Tobias Trulsen də tərk edib. Sözügedən qərar Bundesliqanın 3-cü turunda "Frayburq"a qarşı keçirilən oyundakı məğlubiyyətdən sonra qəbul olunub.

Hazırda Mönhenqladbax təmsilçisi turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

Baş məşqçi vəzifəsini müvəqqəqti olaraq Yan-Morits Lihte icra edəcək.

Xatırladaq ki, Oygen Polanski komandaya 2025-ci ildə başçılıq etməyə başlayıb. Onun rəhbərliyi altında "Borussiya" ötən mövsümü 12-ci pillədə başa vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest