Madrid "Atletiko"sunun 26 yaşlı hücumçusu Xulian Alvares məşqdə əzələ zədəsi alıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yayıb.

Bildirilir ki, Alvares şənbə günü keçirilən məşqi diskomfort səbəbindən sona yaxın tərk edib. Futbolçunun əzələ dartılması xəsarəti aldığı və İspaniya La Liqasının 5-ci turu çərçivəsində bu gün, sentyabrın 13-də "Real Sosyedad"a qarşı keçiriləcək matçı buraxacağı diqqətə çatdırılıb.

Yaxın zamanda argentinalı oyunçu tibbi müayinədən keçəcəyi qeyd edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest