"Qarabağ" Futbol Məktəbi Lənkəranda iki fərqli yaş qrupundan ibarət uşaq futbolçulara baxış keçirib.
 
Matc.az klubun saytına istinadən xəbər verir ki, seçimdə 70-ə yaxın futbolçu iştirak edib.
 
Onlar arasından 10 futbolçu müvafiq yaş qruplarının məşqlərində iştirak etmək üçün Bakıya dəvət edilib.
 
Bu ay "Qarabağ" Futbol Məktəbinin Bakıda genişmiqyaslı seçimləri planlaşdırılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest