"Bolonya" İtaliya A Seriyasının 34-cü turunda doğma meydanda "Fiorentina" ilə qollu bərabərə qalıb – 3:3.
 
Matc.az xəbər verir ki, sözügedən qarşılaşmada het-trik edən "Bolonya"lı Rodriqo Palasio turnirin tarixinə düşüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
39 yaşlı hücumçu A Seriyası tarixində het-trik edən ən yaşlı futbolçu olub. Bundan əvvəlki rekord Silvio Pioliyə aid idi. Sabiq hücumçu 1950-ci ildə, 37 yaş 51 günlüyündə het-trik etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest