"Mançester Yunayted" üç yeni müdafiəçi almağı hədəfləyib. müdafiənin hər cinahına bir oyunçu, həmçinin klubun hazırkı oyunçuları Leni Yoro və Eyden Hevenə əlavə olaraq daha bir mərkəz müdafiəçisi.
Matc.az xəbər verir ki, bu barədə "Theatre of Red" nəşri məlumat yayıb.
Bildirilir ki, Mançester təmsilçisi hazırkı klubu ilə müqaviləni yeniləmək qərarına baxmayaraq, "Nyukasl"ın sol müdafiəçisi Lyuis Holl ilə hələ də maraqlanır.
Digər namizəd isə müqaviləsi yayda başa çatacaq "Kristal Pelas"ın cinah müdafiəçisi Tayrik Mitçelldir. Sağ cinaha isə "Roma"dan braziliyalı Ueslinin namizədliyi nəzərdən keçirilir. Romalıların 23 yaşlı oyunçusu klassik cinah müdafiəçisi kimi xarakterizə olunur.
Müdafiənin mərkəzinə gəlincə, "Mançester Yunayted" komandaya dərhal uyğunlaşa biləcək yüksək səviyyəli oyunçu almaq niyyətindədir.
Rəhbərlik artıq "Everton"dan Cerred Brentueyt və "Nottingem Forest"dən Murilyonun transferi üçün məlumat toplamağa başlayıb. Bu futbolçularla bağlı yekun qərar klubun müdafiəçiləri Harri Maquayr və Lisandro Martinesin 2027-ci ilin yayında başa çatacaq müqavilələri ilə bağlı vəziyyət aydınlaşdıqdan sonra veriləcək.













