Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Mahir Emreli karyerasını Polşada davam etdirəcək.
 
Matc.az xəbər verir ki, 24 yaşlı hücumçu “Legiya” klubu ilə razılıq əldə edib. 
 
Bu barədə “Mecyzki” nəşri məlumat yayıb. Xəbərdə, Varşava təmsilçisinin Mahirə illik 300 min avro qazanacağı 3 illik müqavilə təklif etdiyi bildirilib. Tərəflər arasında razılıq əldə olunduğu və hücumçunun yaxın zamanda “Legiya” ilə rəsmi sözləşmə imzalayacağı qeyd olunub.
 
2015-ci ildən “Qarabağ”da çıxış edən Mahirin müqaviləsi yaya qədərdir. Hücumçu bu mövsüm Azərbaycan Premyer Liqasında 18 oyuna 16 qol vurub.
 
“Legiya” bu mövsüm Polşa Ekstraklasasında çempion olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest