İngiltərə Premyer Liqasının sonuncu – 38-ci turu çərçivəsində keçiriləcək "Liverpul" – "Kristal Pelas" matçına azarkeşlər buraxılacaq.
 
Matc.az xəbər verir ki, bu barədə "Liverpul"un mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə, mayın 23-də keçiriləcək mövsümün son ev oyununa 10 min azarkeşin buraxılacağı bildirilib.
 
"Liverpul" Premyer Liqada 34 turdan sonra 54 xalla 7-ci sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest