Fransanın PSJ klubunun sabiq futbolçusu Kristo Revo vəfat edib.
 
Matc.az xəbər verir ki, keçmiş qapıçı 49 yaşında ölüb. Bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.
 
Revo evində ölü tapılıb. Onun ölüb səbəbi məlum deyil.
 
Revo 1997/98 mövsümündə PSJ-də çıxış edib. Mərhum qapıçı 2010-cu ildə futbolçu karyerasını bitirmişdi. O, son olaraq Fransanın “Havr” klubunda skaut kimi çalışırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest