İtaliyanın "Milan" klubu ciddi itki ilə üzləşib.
	Matc.az xəbər verir ki, "qırmızı-qaralar"ın hücumçusu Zlatan İbrahimoviç sıradan çıxıb.
	Bu barədə "Sky Sport İtalia" nəşri məlumat yayıb. A Seriyasının 35-ci turunun "Yuventus"la matçında (3:0) zədələnən isveçli hücumçu bu gün tibbi müayinədən keçəcək.
	İlkin məlumata görə, İbrahimoviçin zədəsi çox da ciddi deyil. Buna baxmayaraq, 39 yaşlı hücumçu A Seriyasının "Torino" və "Kalyari" ilə oyunlarını buraxacaq.
	"Milan" bu gün səfərdə "Torino"nun qonağı olacaq. Matç saat 22:45-də start götürəcək.
				
         	
                                             
               
            
 










