Adı "Neftçi" ilə hallanan Təmkin Xəlilzadə açıqlama verib.
 
Matc.az xəbər verir ki, "Sabah"da çıxış edən 27 yaşlı futbolçu, bununla bağlı "instagram" hesabında paylaşım edib. Təmkin, "Neftçi" ilə razılaşması xəbərlərinin yalan olduğunu deyib:
 
"Dostlar, hər birinizi salamlayıram. Bir neçə gündür mətbuatda haqqımda yazılan xəbərləri təəccüblə oxuyuram. Nəzərinizə çatdırmaq istəyirəm ki, hazırda "Sabah" klubu ilə davam edən müqaviləm var. Bu səbəbdən, hər hansı bir klub ilə danışmağım, müqavilə imzalamağım və anlaşmağım reallıqdan kənardır. İndiki halda, sadəcə üzvü olduğum klubun oyunlarına köklənmişəm. Təkliflərə gəlincə, mövsüm bitdikdən sonra, götür-qoy edib, qərar verəcəyəm və qərarımı sizə ilk olaraq mən xəbər edəcəm".
 
Təmkinin "Sabah"la müqaviləsi mövsümün sonuna qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest