 
 
	Futbol üzrə Azərbaycan I Divizionunda 2020/21 mövsümünün gümüş və bürünc mükafatçıları da müəyyənləşib.
	Matc.az xəbər verir ki, 26-cı turda "Turan Tovuz"un qonağı olan "Zaqatala" 2:1 qalib gələrək komandaların arasındakı xal fərqini 8-ə yüksəldib. Bu nəticədən sonra "Zaqatala"nın gümüş medalların sahibi olacağı dəqiqləşib.
	Eyni zamanda, ən yaxın izləyicisi "Sabah-2"ni 3 xal qabaqlayan "Turan Tovuz" şəxsi görüşlərdə rəqibindən üstün olduğuna görə (1:1, 1:0, 3:3) sona 1 tur qalmış bürünc mükafatçı adına yiyələnib.
	Qeyd edək ki, ötən tur "Neftçi-2"nin I Divizionda 2020/21 mövsümünün qalibi olması rəsmiləşib.
				
         	
                                             
               
 
             
 



_1761913751.jpg)




_1761908608.jpg)


_1761905491.jpg)



