Futbol üzrə İspaniya La Liqasında 36-cı tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. 
 
Turun açılış matçında "Osasuna" doğma meydanda "Kadis"lə qarşılaşıb. Beş qolun qeydə alındığı oyunda qələbəni meydan sahibləri bayram ediblər. "Elçe" "Alaves"i qəbul edib və iki cavabsız qolla uduzub. 
 
"Barselona" isə "Levante" səfərinə yollanıb. Altı qolun qeydə alındığı bu oyunda isə qalib müəyyənləşməyib.
 
İspaniya La Liqası
36-cı tur
11 may
 
Osasuna – Kadis 3:2
Qol: Budimir, 38; 75. Torres, 86 – Saponyiç, 49-pen. Perea, 90+1.
 
Elçe – Alaves 0:2
Qol: Xoselu, 40. Rioxa, 54.
 
Levante – Barselona 3:3
Qol: Melero, 57. Morales, 59. Leon, 83 – Messi, 85. Pedri, 34. Dembele, 64.
 
12 may
 
21:00 Sevilya – Valensiya
22:00 Hueska – Atletik
22:00 Selta – Xetafe
00:00 Atletiko – Real Sosyedad
 
13 may
 
21:00 Valyadolid – Vilyarreal
22:00 Eybar – Betis
00:00 Qranada – Real
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest