İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola açıqlama verib.
 
Matc.az xəbər verir ki, BBC-yə danışan Qvardiola, Premyer Liqada çempion olmaları haqda fikirlərini bildirib:
 
“Digərlərinə bənzəməyən bir çempionluq oldu. Bu, qazandığımız ən çətin tituldur. Bu mövsümü heç vaxt unutmayacam. Bu komandanın baş məşqçisi olduğum üçün çox xoşbəxtəm. Qarşılaşdığımız məhdudiyyətlərə və çətinliklərə baxmayaraq, çempion olduq və sabitliyimizi qoruya bildik”.
 
“Mançester Siti” Premyer Liqada sona üç tur qalmış çempionluğunu rəsmiləşdirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest