11 Sentyabr 2026, 22:36
ÇEMPİONLAR LİQASI
UEFA Çempionlar Liqasında Liqa mərhələnin birinci turunun ən yaxşı oyunçularından ibarət rəmzi komandası müəyyənləşib.
Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, siyahıda yer alan klubların heç biri rəmzi heyətdə birdən çox futbolçu ilə təmsil olunmayıb.
Rəmzi komandanın tərkibi aşağıdakı kimidir:
Qapıçı: Tibo Kurtua ("Real")
Müdafiəçilər: Arçi Braun ("Fənərbaxça"), Pau Torres ("Aston Villa"), Mark Bartra ("Betis"), Serjinyo Dest (PSV)
Yarımmüdafiəçilər: Martin Baturina ("Komo"), Martin Edeqor ("Arsenal"), Maykl Olise ("Bavariya"), Ferran Torres (PS)
Hücumçular: Ermedin Demiroviç ("Ştutqart"), Rafinya Dias ("Barselona")













