"Neftçi"nin sabiq futbolçusu Donald Gerye "ağ-qaralar"ı Azərbaycan Premyer Liqasında çempionluq münasibətilə təbrik edib.
 
Matc.az xəbər verir ki, 32 yaşlı futbolçu "instagram" hesabında bununla bağlı paylaşım edib. Gerye, paylaşımında "Neftçi"ni təbrik edib, komandanın çempionluğa layiq olduğunu bildirib.
 
Gerye Azərbaycanda "Qarabağ" və "Neftçi"də çıxış edib. O, 2017-ci ilin yayından 2019-cu ilin avqustuna və 2020-ci ilin iyulundan 2021-ci ilin fevralında qədər "Qarabağ"da çıxış edib. Haitili oyunçu 2019-cu ilin avqustundan 2020-ci ilin yayına qədər "Neftçi"nin formasını geyinib.
 
Gerye hazırda Kiprin "Apollon" klubunda çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest