"Səbail" PFK baş məşqçi Aftandil Hacıyev ilə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, Müşahidə Şurasının bu gün keçirilən iclasında Hacıyevin baş məşqçi postuna namizədliyi təsdiqlənib. 
 
Təcrübəli mütəxəssislə 1+1 sistemi ilə müqavilə imzalanıb. Bu barədə "dənizçilər"in mətbuat xidməti məlumat yayıb.
 
Qeyd edək ki, Aftandil Hacıyev 2018-ci ildən bu komandanı çalışdırır. Onun rəhbərliyi altında komanda 2018/19 mövsümündə Azərbaycan Premyer Liqasında bürünc medal qazanıb və UEFA Avropa Liqasının təsnifat mərhələsinin oyunlarına vəsiqə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest