Azərbaycan Premyer Liqasının 2020/21 mövsümündə “Qəbələ”nin heyətində 25 futbolçu meydana çıxıb. Matc.az xəbər verir ki, geridə qalan 28 turda “qırmızı-qara” formada ən çox matçda iştirak edən oyunçu Nikolas Rayseldir. 
 
Fransalı legioner 26 qarşılaşmada şans qazanıb. Üç futbolçu – Rafael Utziq, Stefan Vukçeviç və Asif Məmmədov hərəyə 25 oyunda meydana çıxıb. Baş məşqçi Elmar Baxşıyevin güvəndiyi 25 nəfərlik heyətdən 16-sı qarşılaşmaların yarısından çoxunda iştirak edib.
 
Bu oyunçulardan 16-sı yerli, 9-u legioner statusu daşıyıb. Əcnəbilər müxtəlif ölkələri təmsil edib: Fransa, Gürcüstan, Çili, Monteneqro, Toqo, Albaniya, Xorvatiya, Braziliya və Nigeriya.
 
Mövsüm ərzində iki qolkiper “Qəbələ”nin qapısını qoruyub. Anar Nəzirov 22, Tərlan Əhmədli 7 matçda forma geyinib.
 
“Qəbələ”nin qollarına 11 futbolçu imza atıb. “Qırmızı-qaralar”ın bombardiri Rafael Utziqdir. Braziliyalı legioner rəqib qapılarına 5 dəfə yol tapıb. Ceyms Adeniyinin aktivində 4 top var. Nikolas Raysel 3 dəfə fərqlənib. Üç oyunçu 2, beş futbolçu isə 1 dəfə qol sevinci yaşayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest