"Liverpul"un keçmiş meneceri və "Red Bull Global"ın futbol rəhbəri Yurgen Klopp, Niderland millisinin mərkəz müdafiəçisi Vircil van Deykin dünya çempionatındakı çıxışı ilə bağlı "Real"ın sabiq yarımmüdafiəçisi Rafael van der Vaartla ictimai mübahisəyə girib.

Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Klopp və van der Vaart hazırda 2026-cı il dünya çempionatı zamanı "NOS TV" kanalında futbol eksperti kimi çalışırlar. Niderland və İsveç arasındakı matçdan sonra keçmiş niderlandlı yarımmüdafiəçi Van Deykin tempini tənqid edərək onu "Boeing 747" təyyarəsi ilə müqayisə edib. O, müdafiəçinin dönüşlərinin ağır olduğunu bildirib və turnir zamanı daha sürətli qaçacağına ümid etdiyini vurğulayıb.

Keçmiş məşqçi Yurgen Klopp isə "Liverpul"dakı keçmiş yetirməsini müdafiə edərək van der Vaartın şərhlərinin qəribə təbiətinə diqqət çəkib. Klopp rəqibinin bir şeyi görüb sonra onu fərqli şəkildə ifadə etdiyini və daha sonra təkzib etməli olduğunu bildirib.

Xatırladaq ki, bir gün əvvəl Niderland millisi dünya çempionatının ikinci turunda İsveçi 5:1 hesabı ilə məğlub edib. Van Deyk bu qarşılaşmada tam 90 dəqiqə meydanda olub. Ronald Kumanın komandası F qrupunda 4 xalla birinci yeri tutur.

Niderland dünya çempionatında növbəti oyununu iyunun 26-da Tunisə qarşı keçirəcək

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest