İspaniyanın "Sevilya" klubu daha bir futbolçusu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi Franko Vaskes də La Liqa təmsilçisindən ayrılıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti başa çatsa da, onun yenilənməsinə ehtiyac duyulmayıb.
 
Vaskes 2016-cı ildən "Sevilya"da çıxış edirdi. 32 yaşlı yarımmüdafiəçi bu komandanın heyətində bütövlükdə 198 oyuna çıxıb, 25 qola imza atıb.
 
Qeyd edək ki, "Sevilya" Vaskesdən öncə çexiyalı qapıçısı Tomaş Vatsliklə də yolların ayrıldığını açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest