Futbol üzrə Avropa Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub.
 
Matc.az xəbər verir ki, İspaniyanın "Vilyarreal" klubunun yarımmüdafiəçisi Etyen Kapu həftənin ən yaxşısı seçilib.
 
Fransalı oyunçu İngiltərənin "Mançester Yunayted" komandasına qarşı keçirdikləri matçda 81 faizlik dəqiq ötürmə ilə yadda qalıb.
 
Qeyd edək ki, "Vilyarreal" əsas vaxtı 1:1 hesabıyla başa çatan final görüşündə penaltilərlə 11:10 qalib gələrək Avroliqanın qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest