Fransalı qapıçı Lukas Şevalye cari mövsümün sonunda PSJ-dən ayrıla bilər.
Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.
Şevalye PSJ-nin start heyətindəki yerini itirib və rusiyalı qolkiper Matvey Safonov hazırda ardıcıl 11 oyunda parislilərin əsas qapıçısı kimi çıxış edir. 24 yaşlı fransız bu vəziyyətdən məmnun deyil, amma o, bunu sakit qəbul edir və hələlik tələsik qərarlar qəbul etməyi planlaşdırmır.
Buna baxmayaraq, Şevalyenin yayda PSJ-dən ayrılma ehtimalı olduqca yüksəkdir. "Tottenhem" də daxil olmaqla bir neçə klub onunla maraqlanır.
Xatırladaq ki, Şevalye ötən yay "Lill"dən PSJ-yə 40 milyon avroya keçib. Bu mövsüm o, bütün turnirlərdə 26 oyun keçirib, 28 qol buraxıb və 10 dəfə qapısını toxunulmaz saxlayıb.










_1773948853.jpg)

