"UNAM Pumas"da çıxış edən Keylor Navas karyerasını MLS-də davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Kosta rikalı qolkoperin Meksika klubu ilə müqaviləsi yayda başa çatır. 39 yaşlı "əlcək sahibi"nin bundan sonra azad agent statusu ilə "İnter Mayami"yə keçəcəyi bildirilir.

Qeyd edək ki, Keylor Navas 2025-ci ilin iyulundan "UNAM Pumas"da çıxış edir. O, daha əvvəl "Real", PSJ kimi klubların formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest