Futbol üzrə Avropa Liqasında 2020/21 mövsümünün rəmzi heyəti açıqlanıb.
 
Matc.az turnirin saytına istinadən xəbər verir ki, rəmzi heyətdə turnirin qalibi “Vilyarreal”dan (İspaniya) 7 futbolçu yer alıb:
 
Qapıçılar: Dominik Livakoviç (“Dinamo”, Zaqreb), Pau Lopes (“Roma”), Heronimo Rulyi (“Vilyarreal”);
 
Müdafiəçilər: Raul Albiol, Alfonso Pedrasa, Pau Torres (hər üçü “Vilyarreal”), Harri Maquayr, Aaron Van-Bissaka (hər ikisi “Mançester Yunayted”), Canluka Mançini, Leonardo Spinatsola (hər ikisi “Roma”);
 
Yarımmüdafiəçilər: Bruno Fernandes, Pol Poqba, Skott Maktominey (hər üçün “Mançester Yunayted”), Daniel Parexo, Etyen Kapu (hər ikisi “Vilyarreal”), Lorentso Pelleqrini (“Roma”), Lukaş Provod (“Slaviya”, Praqa), Mislav Orşiç (“Dinamo”, Zaqreb);
 
Hücumçular: Jerar Moreno (“Vilyarreal”), Edinson Kavani (“Mançester Yunayted”), Duşan Tadiç (“Ayaks”), Edin Dzeko (“Roma”), Nikolya Pepe (“Arsenal”).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest