İspaniyanın “Valensiya” klubu üç futbolçusu ilə müqavilənin müddətini artırıb. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi qapıçısı Kristian Rivero, müdafiəçisi Xesus Vaskes və yarımmüdafiəçisi Koba Koindredi ilə yeni müqavilə bağlayıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rivero ilə anlaşmanın müddəti 2024, Vaskeslə Koindredinin sözləşməsi ilə 2025-ci ilin yayına qədərdir.
 
Qeyd edək ki, 18 yaşlı Vaskeslə 23 yaşlı Rivero “Valensiya”nın öz yetirməsidir. İspan futbolçular əsas heyət üzvlərindən olmasalar da, komandada saxlanılıblar. 
 
Koba isə 2019-cu ildə Fransanın “Lans” klubundan transfer olunub. Fransanın U-19 yığmasının da üzvü olan 10 yaşlı futbolçu La Liqada geridə qalan mövsüm 2 oyuna çıxıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest