Polşanın "Legiya" klubu "Neftçi" ilə yoxlama oyunu keçirməkdən imtina edib. Matc.az xəbər verir ki, bu barədə Varşava təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Buna səbəb hər iki komandanın çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bir-birlərinə rəqib ola bilmə ehtimalıdır.
 
"Legiya" və "Neftçi" çempionlar Liqasında yeni mövsümdə 1-ci təsnifat mərhələsindən başlayacaq. Polşa klubu səpələnmişlər, Azərbaycan çempionu isə səpələnməmişlər səbətində yer alacaq.
 
"Legiya" daha əvvəl rəsmi saytı vasitəsilə iyunun 20-də "Neftçi" ilə yoxlama oyunu keçirəcəyini açıqlamışdı.
 
Azərbaycan millisinin üzvü Mahir Emreli yaxın zamanda "Legiya" ilə rəsmi müqavilə imzalayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest