Tbilisidə təlim-məşq toplanışını başa vuran qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
 
Matc.az xəbər verir ki, yığma Gürcüstan millisi ilə qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb.
 
Bu komandalar arasında iyunun 11-də keçirilən ilk qarşılaşma 3:2 hesabı ilə rəqibin xeyrinə başa çatmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest