Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi türk əsilli almaniyalı hücumçu Serdar Dursunu transfer edib.
 
Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Geridə qalan mövsümü Almaniyanın "Darmştadt" klubunda keçirmiş futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. 29 yaşlı hücumçu Türkiyə klubuna azad agent statusu ilə keçib.
 
Qeyd edək ki, Serdar Dursun karyerası ərzində "Hannover, "Əskişəhərspor", "Şanlıurfaspor", "Dənizlispor", "Fatih Karagümrük" və "Qroyter" komandalarında da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest