"Kimisə incitməyi, rəhbərliyi və azarkeşləri məyus etməyi əsla istəmərəm. Amma artıq geriyə yol yoxdur. Artıq işləməyəcəyəm"

"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın komandadan ayrılır. Matc.az xəbər verir ki, bu iddia ilə futbol şərhçisi Rıdvan Dilmen çıxış edib.
 
Rıdvan Dilmen "Twitter" səhifəsində yazıb ki, 48 yaşlı mütəxəssis komandaya qayıtmaq niyyətində deyil: "Xəbər saytlarını oxuyanda şok keçirdim. Sergen Yalçının "Beşiktaş"ın bütün təkliflərinə baxmayaraq, yorulduğu, işləməyi düşünmədiyi yazılırdı. Tez məşqçimizə - qardaşıma zəng vurdum. Həftədə bir neçə dəfə onunla danışırdım. Müddət artdıqca o, daha çox məyus olurdu. Bir az əvvəl danışanda bu barədə yaza bilərsən dedi. "Kimisə incitməyi, rəhbərliyi və azarkeşləri məyus etməyi əsla istəmərəm. Amma artıq geriyə yol yoxdur. Artıq işləməyəcəyəm" deyə bildirdi. Mən yenə də "Beşiktaş" rəhbərliyinin Sergen Yalçınla onu çox sevən azarkeşlərini bir araya gətirəcəyini bütün səmimiyyətimlə arzu edirəm. Bir "Fənərbağça" azarkeşi olsam da, "Beşiktaş"la Sergen Yalçının ayrılığı məni çox məyus etdi. Ancaq bir böyük kimi israrla verdiyim tövsiyələrə baxmayaraq, onun qərarında qəti olduğunu hiss etdim. ümid edirəm ki, yanılaram".
 
Qeyd edək ki, "Beşiktaş" Sergen Yalçının rəhbərliyi altında 2020/21 mövsümünündə Super Liqanın çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest