"Zirə"nin mövsümlərarası hazırlıq mərhələsi çərçivəsində yoxlama görüşü keçirəcəyi rəqiblərdən ikisinin adına aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, sözügedən komanda gələn ay "Sabah" və "Qəbələ" ilə yoxlama oyunları keçirəcək.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv iyulun 9-da "Bank Respubilka Arena"da "Sabah"ın qonağı olacaq. İyulun 16-da isə Zirə İdman Kompleksində "Qəbələ" ilə qarşılaşma baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest