çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində növbəti matçını keçirib. Matc.az xəbər verir ki, yığmamız 1/4 final mərhələsi çərçivəsində Portuqaliya seçməsi ilə qarşılaşıb.
 
Portuqaliyanın Nazare şəhərində keçirilən oyun azərbaycanlı futbolçular üçün uğurlu alınmayıb. Belə ki, millimiz bu görüşdən 1:6 hesablı məğlubiyyətlə ayrılıb. Komandamızın yeganə qolunu Sabir Allahquliyev vurub.
 
Xatırladaq ki, Azərbaycan millisi əvvəlki oyunlarında Fransaya 2:0, Estoniyaya 4:3 hesabıyla qalib gəlib, İsveçrəyə 5:8 hesabıyla məğlub olmuşdu.
 
Azərbaycan millisi sabah 5-8-ci yerlər uğrunda mübarizə çərçivəsində İsveçrə yığmasıyla qarşılaşacaq. Bu komanda 1/4 finalda Ukraynaya 5:6 hesabıyla uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest