İspaniyalı hücumçu Roberto Soldadonun yeni ünvanı məlum olub. Matc.az xəbər verir ki, 36 yaşlı hücumçu "Levante" komandasına keçib.
 
Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Soldado ilə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
 
Soldado "Levante"yə azad agent kimi keçib.
 
İspan hücumçunun son iş yeri "Qranada" olub. "Levante" "Qranada"ya Soldadonun müqaviləsini ləğv etdiyi üçün bir milyon avro ödəyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest