"Neftçi" heyətinə daha bir futbolçu cəlb edib. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi portuqaliyalı Hugo Basto ilə anlaşıb. 28 yaşlı müdafiəçi "ağ-qaralar"a "Estoril"dən keçib.

Basto əvəllər "Porto" və "Boavişta"nın aşağı yaş qruplarından ibarət komandalarında oynayıb. Məşhur transfermarkt saytının yazdığına görə, Basto "Neftçi"də 400 min avro, təxminən 800 min manat qazanacaq.

Huga son mövsüm "Estoril"də keçirdiyi 31 oyunda 3 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest