Türkiyənin "Kasımpaşa" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi çexiyalı yarımmüdafiəçi Mixal Travniki heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. çexiyanın "Sparta" (Praqa) klubuna məxsus futbolçu, 1 illik icarəyə götürülüb.
 
Travnik 2019-cu ildən "Sparta"nın uğurları üçün çalışır. O, geridə qalan mövsümdə bu komandanın heyətində 25 matça çıxıb. 27 yaşlı futbolçu daha öncə "Yablonets" və "Slovaçko"nun da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest