Futbol üzrə Amerika kubokunun rəmzi komandası açıqlanıb. Matc.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, Braziliyada keçirilmiş sonuncu qitə birinciliyinin ən yaxşı 11 futbolçusu arasında çempion Argentinadan 4 oyunçu yer alıb.
 
Finalda Argentina yığmasına məğlub olmuş Braziliya millisinin isə 3 futbolçusu siyahıya düşüb. 
 
Kolumbiya, Ekvador, çili və Peru yığmaları isə rəmzi komandada bir futbolçu ilə təmsil olunub:
 
Qapıçı: Emiliano Martines (Argentina);
 
Müdafiəçilər: Maurisio İsla (çili), Kristian Romero (Argentina), Markinyos (Braziliya), Pervis Estupinyan (Ekvador);
 
Yarımmüdafiəçilər: Rodriqo De Paul (Argentina), Kazemiro (Braziliya), Yosimar Yotun (Peru);
 
Hücumçular: Lionel Messi (Argentina), Neymar (Braziliya), Luis Dias (Kolumbiya).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest