"Olimpiakos"un qələbəsinə 1.18 əmsalı qoyulub. Azərbaycan çempionunun Yunanıstandan qələbə ilə dönməsi isə 16.59 əmsalla ölçülür. Hətta bakılıların heç-heçə etmək şansı da azdır - 6.90.

Azərbaycan çempionu "Neftçi" bu gün UEFA çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Yunanıstan "Olimpiakos"unun qonağı olacaq. Matc.az xəbər verir ki, bukmekerlər bu oyunda Yunanıstan təmsilçisini aşkar favorit hesab edirlər.
 
Belə ki, "Olimpiakos"un qələbəsinə 1.18 əmsalı qoyulub. Azərbaycan çempionunun Yunanıstandan qələbə ilə dönməsi isə 16.59 əmsalla ölçülür. Hətta bakılıların heç-heçə etmək şansı da azdır – 6.90.
 
Qeyd edək ki, "Olimpiakos" – "Neftçi" matçına saat 23:00-da start veriləcək. Cavab qarşılaşması isə bir həftə sonra Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest