“Kəpəz” daha bir futbolçunu rənglərinə bağlayıb. Matc.az xəbər verir ki, I Divizion təmsilçisi İbrahim Qədirzadə ilə anlaşıb.
 
Bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb. Amma tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb.
 
Gənc müdafiəçi son olaraq Gürcüstanın “Samtrediya” klubunda oynayıb.
 
“Kəpəz” bu gün Cavid İmamverdiyevlə də müqavilə imzalandığını açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest