Bu gün Tokio-2020-də kişi cüdoçuların 73 kq çəki dərəcəsində də medalçılar müəyyənləşəcək. Matc.az xəbər verir ki, bu çəki dərəcəsində Azərbaycanı digər bayraqdarımız Rüstəm Orucov təmsil edib. 
 
29 yaşlı idmançının ilk görüşü 1/16 finala təsadüf edib. O, bu mərhələdə ROK (Rusiya Olimpiya Komitəsi) təmsilçisi Musa Moquşkovu  məğlub üstələyib. Qalib qızıl xalla müəyyənləşib. Rüstəm vazari ilə rəqibini mübarizədən kənarlaşdırıb. 
 
Orucov 1/8 finalda Somon Maxmadbekovla (Tacikistan) qarşılaşıb. Bu dəfə də rəqibinə vazari ilə qalib gələn Rüstəm 1/4 finala yüksəlib.
 
Yarımfinala gedən yolda idmançımızın rəqibi Yaponiya idmançısı, Rio-2016 Olimpiya Oyunlarının qalibi və 6 dəfə dünya çempionu Ono Şohei ilə üz-üzə gəlib. Daha təcrübəli rəqib ippon fəndi ilə qələbə qazanaraq, yarımfinala adlayıb.
 
Orucov isə təsəlliverici görüşlərə qatıllb. Onun bu mərhələdə ilk rəqibi kosovolu Akil Gjakova olub. Qızıl xalla qələbə qazanan Orucov  həlledici görüşdə Cənubi Koreya təmsilçisi An çangrim ilə qarşılaşıb. Təəssüf ki, medal uğrunda görüşdə Orucov məğlub olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest