Tokio-2020-nin futbol yarışlarının qrup mərhələsi çərçivəsində oynanılan Səudiyyə Ərəbistanı - Almaniya oyunundan (2:3) sonra maraqlı hadisə yaşanıb. Matc.az xəbər verir ki, Almaniya millisinin üzvü Maks Kruze canlı yayımda Dilan adlı sevgilisinə evlilik təklif edib. 
33 yaşlı futbolçu formasını əynindən çıxarıb və altdakı maykanın üzərində kürd dilində yazılmış "Səni çox sevirəm, mənimlə evlənərsən?" yazısı diqqət çəkib. 
Dilan kürd əsillidi. Onun Kruzenin evlilik təklifinə "hə" dediyi bildirilir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest