"Xeyli qol şansımız olsa da, soyuqqanlılıq çatmadı. Cavab matçında bunun öhdəsindən gələ və imkanlardan yararlana bilsək, problem olmayacaq"

Serbiyanın "çukariçki" komandasının futbolçusu Nikola çoliç Konfrans Liqasının 2-ci mərhələsinin "Sumqayıt"la cavab oyunu ilə bağlı fikirlərini bildirib. Matc.az xəbər verir ki, Belqrad təmsilçisinin mətbuat xidmətinə danışan 18 yaşlı yarımmüdafiəçi, "Sumqayıt"dan daha yaxşı komanda olduqlarını deyib:
 
"İlk oyunda qol fürsətlərimiz olsa da, dəyərləndirə bilmədik. Düşünürəm ki, qələbəyə layiq idik. üstün oynayan tərəf idik və şanslarımız oldu. Topun qapıdan keçmədiyi oyunlardan biri oldu.
 
"Sumqayıt"dan daha yaxşı komandayıq, ancaq bunu meydanda sübut etməliyik. Xeyli qol şansımız olsa da, soyuqqanlılıq çatmadı. Cavab matçında bunun öhdəsindən gələ və imkanlardan yararlana bilsək, problem olmayacaq.
 
Bizi nə gözlədiyini, uzaq məsafə qət edəcəyimizi və Azərbaycandakı hava şəraitinin necə olduğunu bilirik. Ancaq hər şeyə hazırıq. Bütün diqqətimiz oyundadır və heç nə bizi təəccübləndirməyəcək".
 
İyulun 29-da, Sumqayıt şəhər stadionunda keçiriləcək "Sumqayıt" – "çukariçki" matçı saat 20:00-da start götürəcək. Komandalar arasında Serbiyada baş tutan ilk matçda heç-heçə qeydə alınıb – 0:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest