İngiltərənin "Aston Villa" klubunda məşqçi Con Terri ilə yollar ayrılıb. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Terri ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 40 yaşlı məşqçi Premyer Liqa klubundan ayrılmağı özü istəyib.
 
Con Terri 2018-ci ilin oktyabrından "Aston Villa"da məşqçilik edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest